“Amazon”un sahibi və dünyanın ən varlı insanı Ceff Bezos sentyabrın 2-də şəxsi təyyarəsi ilə İstanbula gedib.


“The Washington Post” qəzetinin sahibi Bezos, ötən il öldürülən və qəzetin yazarlarından olan Cemal Kaşıkçının, İstanbulda, Səudiyyə Ərəbistan Baş Konsulluğundakı anım mərasiminə qatılıb.


Facemark.az DigitalAge-ə istinadən xəbər verir ki, Ceff Bezos 2013-cü ildə “The Washington Post” qəzetini 250 milyon dollara almışdı.


Qeyd edək ki, ötən ilin oktyabrın 3-də öldürülən jurnalist Cemal Kaşıkçı, ölümünün il döndümündə, içərisində öldürüldüyü İstanbuldakı Səudiyyə Ərəbistan Baş Konsulluğunda yad edilib.


Baş Konsulluğun qarşısında edilən anım mərasimi bir il öncə Kaşıkçının binaya daxil olduğu saat 13:14 radələrində edilib.


Bezosun anım mərasimindən sonrakı İstanbul marşrutu haqqında isə məlumat yoxdur.




Videoya keçid üçün link