“Barselona” Futbol Klubunun hücumcusu və kapitanı Lionel Messi bir neçə il əvvəl klubdan ayrılmaq barəsində düşündüyünü etiraf edib.
Facemark.az İzvestiya.İz-ə istinadən yazır ki, bu haqda oktyabrın 9-da Mundo Deportivo nəşri bildirib.
“2013-2014-cüillərdə xəzinədarlıq problemlərə görə, mən klubdan ayrılmaq haqqında düşünürdüm. Ancaq bu “Barselona”nı deyil, İspaniyanı tərk etmək istəyi ilə bağlı idi. Mən özümə qarşı pis rəftarı görürdüm, ona görə burada qalmaq istəmirdim”, - deyə 32 yaşlı Argentinalı futbolçu “Sport- Ekspress”ə deyib.
Messi deyib ki, ona heç vaxt digər klublardan rəsmi təkliflər gəlməyib: “Çünki hamı bilirdi ki, mən Barsada qalacağam”, - deyə o sözlərinə əlavə edib.
Qeyd etmək yerinə düşər ki, Lionel Messi ilk dəfə “Barselona”nın tərkibində 2003-cü ildə debüt edib. Buna baxmayaraq o bugünədək komanda ilə birlikdə 692 matçda iştirak edib, 604 qol atıb, 244 qol ötürülməsi edib. Həmçinin futbolçu klub üzvi kimi, həm də fərdi olaraq çoxsaylı mükafatlar alıb.
Messi XXI əsrdə birinci futbolçu idi ki, ard-arda 16 mövsümdə mükafat alıb-deyə RT nəşri qeyd edir. Sentyabrda isə Yuventus FC Turin-in hücumçusu Kristiano Ronaldo, Lionel Messini meydandakı ən yaxşı futbolçu adlandırıb.