Qlobal brend Anheuser-Busch InBev-ə (AB InBev) daxil olan “Budweiser” (Rusiyada BUD və alkoqolsuz BUD markası tərəfindən təmsil olunur) futbol üzrə Dünya Çempionu, Real Madrid klubunun və İspaniya millisinin hazırki kapitanı Sergio Ramos ilə əməkdaşlığını elan edib.
Facemark.az xəbər verir ki, əfsanəvi müdafiəçi Sergio Ramos markanın “Be a King” kampaniyasına qoşulub. Bu onun mükəmməl olan karyerasına həsr edilib.
İdmançı ən çox oyununu İspaniya Milli Komandasında oynayıb. Ramosun özü “Be a King” kampaniyasının mahiyyətini təşkil edir. Budweiser onun tatu simvolundan istifadə edib, bununla da futbolçuya və onun naliyyətlərinə hörmətini nümayiş etdirib.
Ramosun özü isə deyib ki, o qlobal dünya markası ilə əməkdaşlıq etməkdən məmnundur və marka onun futbola olan ehtiras və sədaqətini bölüşür: “Səbrsizlikdə öz tariximi bütün dünyada olan pərəstişkarlarla bölüşməyi gözləyirəm. Onlara ilham vermək və kömək olmaq istəyirəm. Bildirmək istəyirəm ki, uğur əslində hər kəsə xas bir şeydir. Sadəcə hər bir yeni addımda əminlik və qətiyyət lazımdır”.

