İsveç kompaniyası H&M özünün yeni layihəsi olan Afound-un inkişaf startegiyasında dəyişikliyə gedib.
Facemark.az Retail.ru-ya istinadən xəbər verir ki, Reuters-in məlumatına görə, yeni layihə onlayn istiqamətində olacaq.
Marka offlayn pərakəndə mağazalarında satışları əvvəlcədən gözləniləndən daha az artıracaq. Bildirilir ki, birinci multi-brend off-price Afound mağazası ötən ilin iyununda Stokolomda açılıb. Bununla bərabər isə internet-mağaza da açılmışdı. Bu gün İsveçin daxili bazarında fəaliyyət göstərən altı Afound mağazası var. Riteylerin təqdim etdiyi məhsul çeşidində təkcə H&M-in məhsulları deyil, kənar markalardan da gətirilən məhsullar var idi.
Afoundun baş direktoru Coanna Hammel isə deyib ki, bu ilin mayında komandaya qoşulan Afound işinin nəticələri müştərilərin prioritetlərinə əsaslanaraq onlayn inkişafın məqsədəuyğunluğunu göstərdi.
Belə mağazalar cari ilin payızında Avropaya ekspansiya edəcək və Niderlanda şirkətin onlayn-mağazası açılacaq. Uğurlu həmlədən sonra, şirkət (Afound sistemi ilə işləyən) uzunmüddətli strategiyası çərçivəsində digər Avropa ölkələrində də öz fəaliyyətini genişləndirməyi planlaşdırır.
Coanna Hammel deyib ki, biz hər bir bazar üzrə offlayn mağazaların bizim üçün rolunu qiymətləndirəcəyik. O, həmçinin İsveç bazarında offlayn mağazaların bağlanması ilə bağlı şayiələri də təkzib edib: “Bununla bağlı hər-hans qərar yoxdur”, - o, əlavə edib. Rəsmi qeyd edib ki, İsveçdə offlayn mağazalarda çalışanların sayı 50 nəfər azaldıla bilər, amma Afound onlayn mağazalar üzrə çalışan ştat əməkdaşların sayı isə 100 nəfər olacaq.