“VKontakte” sosial şəbəkəsində istifadəçilər arasında sorğu keçirilib. Sorğu keçirilən istifadəçilərin 80%-i deyib ki, pedofil və uşaq cinayətləri ilə bağlı ölüm hökmü geri qaytarılmalıdır.


Facemark.az İz.ru-ya istinadən xəbər verir ki, müvafiq səsvermə isə Dövlət Dumasının rəsmi sosial şəbəkə səhifəsində paylaşılmışdı.


46 000 insan, təxminən 80% istifadəçi “Necə düşünürsünüz uşaq cinayətləri və pedofillər ilə bağlı ölüm hökmü qaytarılsınmı?” sualına müsbət cavab verib. Yalnız respondentlərin 9000-dən çoxu (17%-i) bu suala mənfi cavab verib.


Daha əvvəl, oktyabrın 11-də isə Rusiya Federasiyasının Kommunist Partiyasının lideri Genadi Zyuqanov qadınların və uşaqların qatilləri üçün ölüm cəzasına moratoriumun qaldırılması lehinə danışıb.


Ölüm cəzası moratoriumu haqqında məsələ isə Saratovda məktəbli qızın qətlindən sonra, Rusiya cəmiyyətində müzakirə edilməyə başlayıb.


Belə ki, doqquz yaşlı Liza Kiseleva oktyabrın 9-da yoxa çıxır. O, evdən məktəbə yollanmaq üçün çıxır və geri qayıtmır. Onun cəsədi isə yalnız oktyabrın 11-də gecə aşkar edilib. Cinayətdən şübhəli bilinən isə Mixail Tuvatin isə saxlanılmışdı.