Kriştian Ronaldo keçən il Instagram-da 49 sponsor postu paylaşıb. Onların hər birindən isə 900 000 avro qazanıb.
Facemark.az-ın məlumatına görə, bu haqda La Gazzetta dello Sport“Buzz Bingo”nun araşdırmasına istinadən xəbər verir. Futbolçunun kommersiya postlarından gəliri 44,1 milyon avroya çatıb.
Adıçəkilən platformada reklamdan daha çox qazanan ikinci şəxs isə Lionel Messi olub. O, ümumilikdə 36 kommersiya postundan 21,2 milyon avro qazanıb. Belə postun birinin qiyməti isə 590 000 avro olub.
Üçüncü yerdə isə 14,4 milyon avro ilə model Kendall Cenner olub. Onu Devid Bekhem, izləyir. O, belə postlardan 10 milyon avro qazanıb.
Qeyd edək ki, daha əvvəl hopper HQ 2019-cu ildə ən tələb olunan influencerlərin reytinqini dərc etmişdi. Kriştiano Ronaldo reytinqdə üçüncü yerdə idi. Onun bir postunun dəyəri 975 000 dollar qiymətləndirilirdi. Birinci yerdə isə model Kayli Cenner tutmuşdu, onun bir postunun dəyəri 1,3 milyon dollar idi.