“Roskontrol” Ümumrusiya İstehlakçılar Birliyinin Ekspert Mərkəzi ən yaxşı qara çayın elan edilməsi ilə bağlı olaraq tədqiqat keçirib.
Facemark.az Lenta.ru-ya istinadən xəbər verir ki, tədqiqat çərçivəsində yeddi brend iştirak edib.
“Krepkiye taditsii”, “Akbar”, “Tess”, “Riston”, “Almanax”, “Lipton”, “Beta tea”. Ekspertlər adıçəkilən brendləri 50-dən çox parametr üzrə (kofeinin, taninin, həmçinin pestisid və zərərli elementlərin mövcudluğuna görə) qiymətləndiriblər. Buna görə də məhsullar anbarlardan deyil, mağazalardan alınıb.
Məsələn, ekspertlər “Krepkiye traditsii” çayının kifayət qədər dadlı olmadığı qənaətinə gəliblər və onu boş adlandırıblar. Hətta tədqiqat çərçivəsində onun içindən kobud çay saplaqları tapılıb. Eksperlər bu qənaətə gəlib ki, bu çayın hazırlanmasında birinci deyil, ikinci növ məhsuldan istifadə olunur.
“Lipton”dan isə götürülmüş nümunədə, qablaşdırmada üzərində göstərildiyi kimi böyük saplaqlı olmayıb və eyni zamanda çay orqanoleptik göstəricilər üzrə Dövlət Standartlarına uyğun gəlməyib və saplaqların sayı da çox olub.
Tanin (antioksidan fəallığı olan faydalı maddə) üzrə ən yaxşı nəticələr göstərən çaylar isə “Akbar”, “Riston”, “Lipton”, “Almanax” olub.
Amma qeyd etmək yerinə düşər ki, tədqiqat nəticəsində aparılan bütün məhsullar sağlamlıq üçün təhlükəsiz olub. “Lipton”, “Krepkiye traditsii” üzərində düzəlişlər aparılmalı olan mallar siyahısına əlavə edilib. Qalan brendlər isə alınması məsləhət görülüb.