Amerikanın brendi “Under Armour” yaxın zamanlarda bütün mağazalarını Rusiyada bağlayır.


Facemark.az Sostav.ru-ya istinadən xəbər verir ki, on mağazadan dördü artıq bağlanıb, həmçinin Moskvadakı iki mağaza, yaxın həftələrdə isə brend daha üç mağazasını bağlayacaq.


Bildirək ki, “UnderArmour” dünyada idman mallarının satışı üzrə böyük markalardan biridir. O idman geyimləri, ayaqqabı və aksessuarların satışı üzrə dördüncü yeri tutur. Şirkətin kapitallaşma dəyəri isə 8,8 milyard dollar qiymətləndirilir.


Şirkətin gəlirləri 2018-ci ildə 4,1% artaraq 5,2 milyard dollara qədər yüksəlib, xalis zərəri isə 46,3 milyon dollar olub. “Under Armour” özünün birinci monobrend mağazasını 2017-ci ildə, Metropolis ticarət mərkəzində açıb.


Qeyd edək ki, ilin əvvəlində Rusiyanı daha iki idman malları istehsalçısı da tərk etmişdi. Bunlar TheAthlete’sFootvə Intersport idi.