Bəzi filmlər o qədər yaxşıdır ki, yeddinci sənətə və dünyaya olan baxışımızı dəyişdirir. Bəzi filmlər isə reklamçılığı dəyişdirməyi bacardıqları üçün yanlız, yeddinci sənətə deyil, marketinq dünyasında da ayrı bir yerə sahibdir.
Facemark.az xəbər verir ki, Adweek-dən Rachael Brennan, təsiri bu gün də hiss edilən filmləri və bu filmlərin sektora gətirikləri yenilikləri bir araya yığıb.
The Blair Witch Project (1999)
“The Blair Witch Project” kiçik bir büdcə ilə çəkilib, amma sinemada satış rekordları qırıb. Amma filmin ən yaxşı yanı ekrana yansımayan qismi idi. İnternetin sürətlə populyarlıq qazandığı bir dövrdə izləyicisi ilə görüşən “Blair Witch Project” virala çevrilməyi bacaran ilk filmdir.
Macabre (1958)
1958-ci il istehsalı olan film William Castle-nin rejissorluğu ilə ərsəyə gətirilib. O siyahıdakı yerini qorxudan həqiqətən də ölmə riski daşıyan izləyicilərinə 1000 dollarlıq sığorta hədiyyə etməsinə borcludur. Castle sinema tarixində bu cür işlərə çox yaxşı aşinadır. O, işi o qədər irəli aparır ki, hətta sinemaların çıxışında təcilli yardım maşını və tibb bacıları gözləyir.
The Garage (1920)
Fatty Arbuckle və Buster Keaton-un rol oynadığı film 20 dəqiqəlikdir. Klassik komedi janrda olub. İzləyicisinə komediya ilə yanaşı, bir filmdə istifadə olunan məhsulu (Red Crown Gasoline) yerləşdirib. Bu gün demək olar ki, istənilən filmdə belə həmlələrə rast gəlmək adi hal alıb.
The Pleasure Seekers (1913)
Həmin dövrdə filmlərin tanıtımını etmək üçün qəzet elanları və afişalardan istifadə olunurdu. Loews Theatres isə filmin fraqmanını ilk dəfə video ilə izləyicilərə təqdim edirdi. O dövr üçün izləyicilərə yeni proqram və filmlərdən kiçik səhnələr təqdim etmək ağıllı həmlə idi. Belə videolara xəbər və qısa animasiya da əlavə edərək, sinema tarixində yeniliyə imza atdılar.
The Lumière Films (1895)
Lumière Qardaşların ilk filmləri sinema salonunda bilet alan bir qrup insana kamera ilə nələr ediləcəyini göstərən film seriyasından ibarət idi.
