Dove kosmetika məhsullarını inkişaf etdirən Unilever şirkəti bu marka üçün yeni eko-qablaşdırmanı təqdim edəcək.
Unilever şirkəti 2019-cu ilin sonunda özünün yeni layihəsini təqdim edəcək. Belə ki, kompaniya Dove markası üçün 100% təkrar emal edilmiş plastik kütlədən hazırlanmış yeni qablaşdırmanı elan edəcək. Yeni eko-qablaşdırma Dove, Dove Men + Car vəBaby Dove markalarında istifadə olunacaq.
Dove şirkətindən deyiblər ki, onlar plastik tullantıların azaldılmasına kömək olmaq üçün qapaqlar da daxil olmaqla, yeni alternativlər üzərində düşünürlər. Hazırda isə onların istehsalında təkrar emal edilmiş plastik kütlədən istifadə etmək mümkünsüzdür.
Mütəxəssislər iki layihə üzərində işləyirlər. Bunlardan biri təkrar emal edilmiş plastik kütlədən istifadədir, digər isə sıfır plastik materialdan istifadə aiddir. Mütəxəssislərin fikrincə, sıfır plastik kütlədən sabun və dezodorantların qablaşdırmasında istifadə etmək olar. Onların qablaşdırması üçün daha az plasik kütlədən istifadə etmək mümkündür. Kosmetika brendi düşünür ki, bu kimi ölçülər ilkin plastik kütlədən istifadəni ildə 20 000 ton azaldacaq.