Rusiyada oktyabrın 23-ü reklamçılar günü çərçivəsində, Autospot son 20 ildə avtomobil ilə bağlı ən maraqlı reklam kampaniyalarının TOP 10-ğunu bir araya yığıb.


facemark.az həmin reklam kampaniyalarını təqdim edir.


10-cu yer – Mazda


Ağıllıca və səmimi şəkildə hazırlanan çarx tamaşaçılar tərəfindən sevildi, elə buna görə də, YouTube-da 6 000 000 -dan çox baxış əldə edə bildi. Çarxın əsas qəhrəmanları isə adi ailələr olub.



9-cu yer – Audi


Ətraf mühit və texnoloji trendlərə “ayaq uydurmaq” üçün Audi 2025-ci ilə qədər avtomobillərinin 1/3-ni elektrik mühərrikli etməyə söz verib. YouTube kanalında avtomobil markasının hazırladığı Keşyu adlı video çarxa 13 milyon baxış olub. İndi isə sadəcə yaşayıb və görmək qalır. Görəcəyik ki, Audi öz vədlərini necə yerinə yetirir.



8-ci yer –Fiat


Sadəcə bu fikrə görə, bu reklam kampaniyasını görməzdən gəlməyə bilməzdik. Belə çarxda kişi həb qəbul etmək istəyir, amma o həb onun əlindən “qaçır” və şəhəri səyahət edir, daha sonra avtomobil markasının benzin çəninin içinə daxil olur. Daha sonra nə baş verdiyini öyrənmək istəyirsinizsə, video çarxın davamına baxmağınızı məsləhət görürük.



7-ci yer-Mercedes-Benz


Texnologiyalar insanı ölümdən xilas edə bilər. Məhz belə mesajdan Mercedes-Benz özünün reklam kampaniyasında istifadə edib. Maraqlı fakt budur ki, reklam kampaniyasında rol alan qəhrəman bir zamanlar Mercedes-i alacağını deyən, Volkswagen-in sabiq başçısı Ferdinand Piexaya oxşayır.



6-cı yer-Jaguar


Jaguar və We Are Social kompaniyası birləşməyə və Jaguar F-type-ı, Britaniyanın yeni avtomobil ikonu etməyə qərar veriblər. Əməkdaşlıq nəticəsində, Your Turn Britain kampaniyası çərçivəsində ərsəyə səkkiz yeni film gəlib. Kampaniyanın ümumi əhatə dairəsi 34 milyondan çox insana xitab edirdi.



5-ci yer-Honda


Əgər Honda-nın reklamının çəkildiyi zaman ASMR reklam çarxları olsaydı, avtomobil markasının hazırladığı bu çarx “Ən Yaxşısı Uğrunda” mübarizə apara bilərdi.



4-cü yer-McLaren


McLaren yeni modeli P1-ni təqdim etmək üçün dijital aləmə müraciət etməyə qərara gəlib. Reklam startegiyasının tərkibinə artırılmış reallıq alətlərindən istifadə daxil idi. Yeni alətin köməyi ilə öz unikal avtomobilinizi ərsəyə gətirə bilərdiniz. Kampaniya 2012-ci ildə ərsəyə gətirib, amma McLaren bununla satışlarını 2011-ci il ilə müqayisədə 8 dəfə artırmağa nail olur.



3-cü yer-Peugeot


Çarxda Hindistandan olan bir gənc oğlan özünün köhnə sedanı - Hindustan Ambassador-u jurnalda gördüyü Peugeot 206-ə çevirməyə çalışır. O, arzusuna nail olurmu? Davamını öyrənmək üçün videoya keçid edə bilərsiniz.



2-ci yer-Ford


Qadın yaxşı sürücü deyil. Doğrudur, yoxsa streotipdir? Fordun hazırladığı reklam çarxı bir həftədən az bir vaxtda 4,3 milyon baxış əldə etmişdi. Valentin günündə Ford sürətli görüş təyin etdi və öz avtomobilinin Ford Mustang GT 2015-un salonunda gizli kamera quraşdırdı. Bunu isə streotipləri aradan qaldırmaq üçün etmişdi. Marka bu istəyinə nail oldumu? Qərarı özünüz verin.



1-ci yer-BMW


BMW, Fallon ilə birlikdə qısametrajlı internet serialı The Hire-ni ərsəyə gətirmişdi. TOP10-ğun birinci yerini məhz bu marka tutmağa nail oldu.