“Inteco Management” şirkətinin prezidenti Elena Baturina Rusiyanın ən varlı qadınları siyahısına başçılıq edir.


Facemark.az xəbər verir ki, yeni nəticələri isə “Forbes” jurnalı hazırlayıb.


Nəticələrə görə, onun sərvətinin həcmi 2019-cu ildə 1,2 milyard dollara çatıb.



KİV yazır ki, Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı indi xaricdə daha çox işləyir. Belə ki, o Böyük Britaniyadakı malikanəsində pendirin istehsalı ilə məşğuldur.


Siyahıdakı daha sonrakı yeri isə geyim üzrə internet-mağaza ”Wildberries”in direktoru Tatyana Bakalçuk 1 milyard dollar sərvəti ilə tutub. Üçüncü yerdə isə 600 milyon dolları ilə Tatana Kovalçuk yer alıb.


O, Rusiyanın ən böyük sığorta şirkətinin Soqaz-qrupunun 32,3%-nə sahib olan “Bolşoy dom 9”un şərikidir. Tatyana xanım 3-cü yer uğrunda milyarder Dmitri Rıbolovlev-in keçmiş həyat yoldaşı Elena Rıbolovlevanı qabaqlayıb. Elena xanım isə bu ildə Rusiyanın dördüncü ən varlı qadını olub.


Daha əvvəl bu yerdə Sibir, Qlobus şirkətlərinin əsas sahibi (S7 qrupuna daxildir), ilin əvvəlində Almaniyada avtoqəzada vəfat etmiş Natalya Filyova tuturdu.


Siyahının beşinci isə, 550 milyon dollarlıq sərvəti ilə “Proqress kapital”ın direktorlar şurasının üzvi, “Lebedyanskiy” zavodunun keçmiş aksioneri Belyavtseva olub.