Bu gün, oktyabrın 28-də Sberbank FoodPlex şirkəti ilə birlikdə restoranlara getmək üçün yeni xidməti işə salıb.
Facemark.az xəbər verir ki, FoodPlex-in baş direktoru Nikita Neçayev RBK nəşrinə deyib ki, yeni xidmətin adı SberFood adlanacaq.
Neçayev deyib ki, yeni tətbiq, Plazius, Afişa-Restoran əlavələrindəki mövcud alqoritma əsasında yaradılıb. Əgər kimdəsə artıq Plazus əlavəsi varsa, o yalnız adlandırmanı SberFood-a dəyişdirməli və belə olan halda adıçəkilən tətbiq ilə bağlı bildirişləri əldə edəcək.
Yeni əlavəyə restoranlar, endirimlər lenti, özəl təkliflər, bonus proqramlar, restoranları qiymətləndirmə və ofisiant xidmətlərindən istifadə etmədən xidmət haqqını ödəmək imkanı da daxildir. Həmçinin xidmətə nağdsız bəxşiş də aiddir.
Əlavəyə giriş isə mobil telefon və ya Sberbank ID (bankın və onun tərəfdaşlarının xidmətlərinə daxil olmaq üçün vahid identifikator) ilə daxil olmaq mümkündür.
Bildirək ki, SberFood 72 şəhərdə 52 000 restoran üçün əlçatandır. Neçayevin sözlərinə görə, Plazius vasitəsilə ödənişlərin miqdarı ayda 90 milyon rubldan çoxdur, aktiv auditoriyanın həcmi isə 600 000 istifadəçidir. Sberbank və FoodPlex-dən isə güman edirlər ki, SberFood-un işə başlaması ilə bu göstərici dəfələrlə artacaq.
Bildirək ki, nağdsız ödənişlərə keçid edilməsi, Rusiyalı ofisiantların işinə ciddi zərbə vurub. Belə ki, onların gəlirlərinin demək olar ki, yarısı elə bəxşişlərdən formalaşırdı. Belə bir vəziyyətdə restoran administrasiyası personal axınının qarşısını almaq üçün həll yolları axtarmağa başlayıb. Belə ki, restoran biznesinin bu seqmentinə Sberbank, Russkiy Standart, Tinkoff kimi banklar da qoşulmağa başlayır.