Casus olaraq sərhəddən keçməyə çalışmaq və ya zombi hücumunda heç bir şey yoxmuş kimi rəftar etmək ancaq filmlərdə ola bilər.
Facemark.az xəbər verir ki, özünə inamı yüksək olan belə insanlar isə bu dəfə Volkswagen-in reklam kampaniyasında yer alıb.
Reklam filmləri adam&eveDDB reklam agentliyi tərəfindən hazırlanıb. “Movie Star Confidence” (Film Ulduz Özünə İnamı) adlandırılan kampaniya şirkətin ITV Movies sponsorluğunu dəstəkləyir.
Reklam filmlərdinə Holivud təsiri hiss olunur. Belə ki, onlarda cinayət, casusluq, zombi kimi məsələlərə toxunulub. Bu filmlərdə isə Volkswagen SUV modelləri ön plana çıxır. Reklamda yer alan Volkswagen sürücüləri qarşılaşdıqları qeyri-adi vəziyyətlərdə həyəcanlanmır və geri addım atmaq yerinə özlərinə inamla hərəkət edirlər. Buna səbəb isə onların Volkswagen idarə etməsidir.