Ötən gün Koton-un Antalya mağazasında çalışan bir işçi, Instagram-dakı Kotoncalisanlari hesabını izləyib və hesab üzərindən edilən paylaşımları bəyənib.
Facemark.az xəbər verir ki, şirkət həmin işçisini təzminat ödəmədən işdən çıxarıb.
Bundan sonra isə sosial media istifadəçiləri #KotonBoykot həştəqi altında məsələyə öz reaksiyalarını bildiriblər. Koton bu mövzuda isə açılamasında deyib ki,”Təhqirə like” iş müqaviləmizin əleyhinədir.
Bildirilib ki, Instagramda şirkət ilə bağlı qarayaxma kampaniyasına başlanılıb və sosial media hesabı açılıb. Bu hesab bir müddətdir ki, şirkətə qarşı haqsız ittihamlar irəli sürür və işçiləri qışqırdaraq şirkətə qarşı etibarsızlaşdırma işi aparır. Həmin işçi Kotoncalisanlar hesabını izləyib, layk etməklə, onlarla həmfikir olduğunu, dəstəklədiyini bəyan edib.
İşçi, şirkəti təhqir edən və onun illər içində əldə etdiyi etibara maddi-mənəvi zərər verən etibarsızlaşdırma kampaniyasının bir parçasına çevrilib. Bu davranış isə şirkətə qarşı doğruluq və sədaqət anlayışlarına ziddir. Həmin işçi qanunvericlik çərçivəsində, təzminat almadan işdən çıxarılıb.
“Markaya dəyər qatmaq istəyirik”
TÜRK KOOP – İşlə bağlı həmkarlar ittifaqının rəhbəri Eyüp Alemdar isə məsələyə belə münasibət bildirib: ”Qurum olaraq nə mağazanın boykot edilməsinə, nə də zərər verilməsinə heç vaxt icazə verməyəcəyik. Biz oraya dəyər qatmaq istəyirik. Markaya fayda vermək, dəyər qatmaq istəyirik. Sahibkarın düşməni deyilik. Türkiyənin iqtisadiyyatını düşünən insanlarıq. Bizdən qorxmasınlar. Amma işçilərin də haqqını, hüququnu müdafiə etmək məcburiyyətindəyik”.