Ən həqiqi sürücülük təcrübəsi


Ferrari sürməyin necə bir hiss olduğunu heç düşünmüsünüz? Momentum UAE Ferrari World üçün yeni reklam filmi ərsəyə gətirib. Filmdə Ferrarinin sükan arxasına oturmaq rollercoaster məcarasına bənzədilib.



Durun və nəfəs alın!


Ən çox azot dioksit (NO2) qazı Rusiya miqyasında ən çox Moskvada müşahidə edilib. Bu qaz şəhərə fabrik və nəqliyyat vasitəsilə yayılıb. Decembrist tərəfindən Greenpeace üçün reklam kampaniyası hazırlanıb. Filmdə Moskvada havanın çirklənməsinin qarşısını almaq üçün yaradıcı konsept irəli sürülür:



Yeməyinizin dadını çıxarın, amma səssizcə


Finlandiya xalqı hava, sudan danışmağı boş hesab edirlər. Onlar çox önəmli olmadıqca danışmağı sevməzlər. Boş danışmaqdansa, səssiz qalmaq onlar üçün normal bir davranış hesab edilir. Buna görə də 5,5 milyon əhalisi olan xalqı səssiz qalma sənətində usta bir millət hesab etmək olar. Burger King də ölkədəki söhbət mədəniyyətinin bir hissəsi olan bu vəziyyətə ayaq uydurmaq üçün yeni kampaniyaya imza atıb. Superson tərəfindən hazırlanan kampaniya hamburger sifariş etmək üçün lazım olan kiçik dialoqu da aradan qaldırır.



“Fukushimada” istehsal edilib


Fukushima Nüvə Stansiyasından sızan radiasiya kənd təsərrüfatı sahələrinə zərər vurur və bunun qarşısını almaq üçün işlər davam edir. Ancaq belə bölgələrdən əldə edilən düyü bazarda alıcı tapılmır. Baxmayaraq ki, onlar radiasiyadan uzaqlaşdırılır. Bu problemi həll etmək üçün Serviceplan Meter Group üçün yeni kampaniyaya imza atıb.



Nəzakətin ölkəsi: Kanada


Üzr istəyirəm. Xeyr mən üzr istəyirəm. Xeyr siz haqlısınız, mən üzr istəyirəm... Bu şəkildə uzanıb gedən ünsiyyət artıq Kanadalılar arasında normal qəbul edilir. FCB tərəfindən Kanadalılar kimi sloqanı ilə reklam hazırlanıb. Kanadalıların nəzakəti gülümsətən dialoqlara çevrilib.



İşinizin sürəti internet paketinizə bağlıdır


DDB Polşa tərəfindən T-mobile üçün yeni kampaniya hazırlanıb. Reklamda təyyarəyə minən iş adamı bir neçə dəqiqə sonra gələn xəbərdarlıqdan sonra internet paket limitinin dolmasını öyrənir. Və biznesmen şoka düşür. Reklamda daha nələr olduğunu bilmək üçün videoya keçid edin.



Fisher-Price yenidən uşaq olmağa çağırır


Uşaq ikən yaşadığınız dünyaya geri dönmək istəyərsinizmi? Wieden + Kennedy tərəfindən Fisher-Price üçün reklam filmi hazırlanıb. Reklam filmində yetkin insanlar uzun müddətdir ki, unutduğu oyuncaq dünyasına aparılır.



Köhnə əşyalar yeni həyatlar


Artıq ailənin bir parçası olan köhnə əşyalar yeni evlərə ayaq uydura bilmir. Ona görə də bir çox ailə onlardan imtina etmək məcburiyyətində qalır. Akestam Holst tərəfindən IKEA üçün reklam filmi hazırlanıb.