Dove markası ideal qadın qoltuq altı qavrayışına zidd olan ArmsUp reklam kmapaniyasını buraxıb.
Facemark.az xəbər verir ki, layihə Ogilvy UK agentliyi ilə birgə ərsəyə gətirilib. Çarxda quru, qollarının altı tüklə əhatə olunmuş, dartılmış dəriyə malik olan qadınlar çəkilib.
Bəziləri ora tatu çəkdirib, bəziləri qoltuq altını rəngləyib, bəziləri isə sadəcə necə görünürlərsə, elə də görünməkdən utanmırlar. Kompaniya tədqiqat aparıb. Belə ki, onun nəticəsinə görə, respondent qadınların 88%-i düşünür ki, ideal qoltuq altına sahib olmaq vacibdir. O hamar və qüsursuz olmalıdır. Ancaq onlar arzu olunan nəticəni əldə etmədikləri zaman isə özlərinə inamı azalır.
Dove isə özünün reklam kampaniyasında göstərir ki, ideal qoltuq altı olmur və qadınlar istənilən halda özləri ilə fəxr etməlidirlər.
Marka qadınların təbii gözəlliyini dəstəkləməyə davam edir. Daha əvvəl isə Dove #BizəGöstər adlı qlobal reklam kampaniyası buraxmışdı. Bu kampaniyada gender bərabərliyi və müxtəliflik ilə bağlı özlərinin həyat mövqeləri olan məşhur bloggerlər iştirak etmişdi.