Saçlara qulluq vasitələrinin istehsalçısı Pantene Çində keçirilən Subaylar Günü ərəfəsində yeni reklam kampaniyası buraxıb.


Facemark.az xəbər verir ki, bu haqda The Drum portalı yazır.


Bu bayram ənənəvi olaraq noyabrın 11-də qeyd edilir. Dörd bir yalnızlığı (11.11) ifadə edir. Həmin günü bütün subay insanlar (gənclər, qızlar) əylənirlər, barlara, mağazalara gedirlər. Ölkədəki demək olar ki, ən böyük satışlar bu dövrə təsadüf edir. Həmçinin bu dövrdə insanların yeni münasibətə başlaması üçün ideal olduğuna inanırlar.


Bu bayram ərəfəsində isə Pantene gözəllik salonu - Breakup salon açmağa qərar verib. Orada yaxın zamanda münasibətini sonlandırmış qız, oğlanlara yeni saç düzümü təklif edirlər.


Layihəni ərsəyə gətirənlər düşünür ki, belə olduğu halda onlar ayrılıqdan daha asan xilas olacaqlar və həyatlarında yeni bir səhifə açacaqlar. Kampaniyanın sloqanı isə belədir: Turn breakups into breakthroughs. Brend reklam kampaniyası çərçivəsində üç yeni reklam filmi də ərsəyə gətirib. Onlar reklam çarxında ayrılıqlarının tarixindən bəhs edirlər.