Amazon kompaniyası yaxın zamanda şirkətin özünün ərzaq mağazasının açılması ilə bağlı şayiələri təsdiq edib.
Facemark.az xəbər verir ki, bu haqda Bloomberg portalı yazıb.
Agentlik yazır ki, ilk belə mağaza 2020-ci ildə Los-Anceles şəhəri ətrafında açılacaq. Şirkət artıq yeni mağazası üçün əməkdaş yığır, hətta buunla bağlı internetdə vakansiyaları da görmək olar. Yeni supermarketin şirkətin iki il bundan əvvəl aldığı Whole Foods ərzaq şəbəkəsindən fərqlənəcək.
Xatırladaq ki, Amazon Whole Foods-u (orqanik qida məhsulları üzrə ixtisaslaşıb) 2017-ci ildə əldə edib. Alışın baş tutmasına baxmayaraq, şirkət adını və top-menecmenti qoruya bilib. 2018-ci ildə isə onlayn-riteyler Whole Foods-dan çatdırılmaları test etməyə başlayıb.