Rusiyada uşaq evləri və himayədar ailələrdən olan uşaqların çəkilişi və nümayişi üçün dünyanın ilk model agentliyi istifadəyə verilib.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin saytında məlumat verilib. Modellər Age Agency-nin xüsusi maarifləndirmə proqramını keçir. Layihənin məqsədi odur ki, onlar yeni peşəyə sahib olsunlar və özlərini moda sənayesində tapsınlar.
Onları Age Agency vasitəsilə reklam çəkilişlərini, foto və video layihələrə dəvət etmək olar. Agentliyin manekenlərindən biri artıq Mercedes-Benz Fashion Week Russia-da Za_Za markasının nümayişində iştirak edib.
Layihə ictimai xarakter daşıyır və uğurla reallaşması üçün maliyyə dəstəyinə ehtiyacı var. Age Agency saytı üzərindən agentliyin işini dəstəkləmək və 500 rubla qədər xeyriyyə yardımı edə bilərlər.
Agentliyin yaradıcısı və kreativ direktoru İqor Şivadır, partnyoru və PR-direktoru isə Yuliya Safiulinadır.