Warner Bros. kino şirkəti özünün yeni loqotipini təqdim edib.


Facemark.az xəbər verir ki, Deadline yazır ki, şirkət müasir tendensiyaları nəzərə alaraq, dizaynı sadələşdirib.


Təsvirin yeni versiyası isə dizayn sahəsində çalışan, müstəqil konsaltinq şirkəti Pentagram ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni loqotip artıq 2020-ci ildən istifadəyə veriləcək. Bundan başqa, şirkət yeni inkişaf strategiyasını da təqdim edib.


Köhnə loqotip



Yeni loqotip



Yeni strategiyanın hazırlanmasında kino film şirkətinin məqsədi yaradıcı işlər və əyləncə məzmunun sahəsində dünyada birinci olmaqdır. Bunun üçün isə kino şirkəti yaradıcı insanlarla əməkdaşlığı genişləndirməyi planlaşdırır. Aparıcı dizaynerlər isə deyirlər ki, yeni loqotip rəqəmsal mediada da rahatlıqla istifadə olunacaq.


Videoya keçid üçün linkə klik edə bilərsiniz.