Ferrero şirkəti Raffaello-nun yeni dadını – moruq-malina dadında, bazara buraxıb.
Facemark.az xəbər verir ki, istehsalçının press-relizində deyilir ki, bu şirkətin 29 illik tarixində marka ilə bağlı birinci yeniliyidir.
“Biz Raffaello-nun klassik dadına heyran olanlara, yeni, onların gözləmədiyi dadda yeniliyi təqdim etməyə qərar verdik. Uzun axtarışlardan sonra, klassik kakos və badam əlavəsinə yeni dadı moruğu əlavə etdik”, - deyə şirkətin açıqlamasında deyilib.
İstehlakçılar yeni dadı məhdud zaman kəsiyində əldə edə biləcəklər. Dekabrın 1-dən isə bütün satış nöqtələrindən onu əldə edə bilərsiniz. Televiziyada nümayiş edilən yeni reklam çarxında yeni dad günəş tutulması kimi nadir hadisə ilə müqayisə edilir.
Qeyd edək ki, Rusiyada Raffaello konfetləri Ferrero fabrikində, Vladimir Oblastda istehsal edilir. Məhsul 15-dən çox Avropa ölkəsinə ixrac olunur.