13 televiziya kanalı, 16 radionu, 38 dil və ləhcədə veb yayını, 4 ənənəvi dərgini özündə cəmləşdirən Türkiyənin ən böyük media təşkilatlarından biri də TRT-dir.
Facemark.az ölkənin Xəzinə və Maliyyə Nazirliyinin məlumatlarına istinadən yazır ki, onun gəlirlərinin böyük qismini səhmlərdən əldə edilən və bandrol gəlirləri təşkil edir.
Nazirliyin açıqladığını Dövlət Müəssisələri Hesabatına görə, 2018-ci ildə TRT-nin fəaliyyət mənfəəti bir öncəki ilə görə 121,2% geriləyib və qurum 92 milyon lirə zərər edib.
TRT-nin 2018-ci il ərzində dönəm mənfəəti isə 98,1% azalma ilə 10,6 milyon lirə olub. Qurum 2017-ci ildə 425 milyon lirə fəaliyyət mənfəəti, 565 milyon lirə dönəm mənfəəti əldə edib.
Hesabatda, həmçinin vurğulanır ki, 2016-cı ildə TRT-də 7 min 68 nəfər çalışıb, 2017-ci ildə bu rəqəm 7 min 137 olub. 2018-ci ildə çalışan sayı isə 25,7% azalaraq 5 min 303-ə düşüb. Çalışanların 1786-ı təqaüdə çıxıb, 48 nəfər isə qurumla yollarını ayırıb.