Yarandığı gündən Hyundai Motor Company-nin əsas prinsipi sosial tərəqqinin təşviqi olub.
Facemark.az xəbər verir ki, şirkət ağıllı həllərin aparıcı dünya istehsalçısılarından biridir.
#BecauseofYou qlobal kampaniyada isə Hyundai Motor brendinin yeni konsepsiyası əks edilib. Bu konsepsiya isə belə səslənir: İnsanlar arasında real əlaqələrin yaranmasına kömək göstərmək və yeni yaşayış keyfiyyətinin yaradılmasıdır.
08:50 Аmsterdam
Birinci çarx 08:50 Amsterdam adlanır. Amsterdamın işgüzar mərkəzində çəkilib. Reklam çarxında tıxaca düşən və işə gecikən qadından bəhs edilir.
13:08 Seul
İkinci bir video isə 13:08 Seul adlanır. Hadisələr isə günorta vaxtı Seulun yaxınlığında baş verir.
17:40 Los-Anceles
Reklam kampaniyası çərçivəsində hazırlanmış üçüncü videoda isə hadisələr günün ikinci yarısında Los-Anceles şəhərində cərəyan edir.
21:58 Çunçin
Sonuncu video çarx isə Çinin şəhəri Çunçində çəkilib. Məktəbli futbol meydançasında qol vurmaq üçün məşq edir. Hadisələrin davamına isə çarxda baxın.
Bütün bu videolardan alınan fraqmentlər isə Hyundai Manifesto-nun final filminə daxil olub. Bu isə Because of You adlanırdı.
Qeyd edək ki, sentyabrda Hyundai-dan demişdilər ki, layihənin büdcəsi 4 milyard dollar təşkil edir.