Hazır rasionların (hazır yeməklərin) çatdırılması seqmentində çalışan Performance Group rəqibi olan Easy Meal-in 100% səhmini alıb.
Facemark.az xəbər verir ki, Kommersant nəşrinin yazdığına görə, bu şirkətin Grow Food seqmentində lider olmaq üçün atdığı ilk addımlardan biridir və şirkətin sahibinə satışdan öncə kapitallaşmanı artırmağa kömək olacaq. Easy Meal xidmətinin əsası 2012-ci ildə Yuri Samoxin və Vadim Malkin tərəfindən Moskva regionunda qoyulub.
Qeyd edilir ki, şirkət hər il orta hesabla 10 000 rasion çatdırılmaları edir və orta qiymət isə 3-3,5 min rubl təşkil edir.
Şirkətin səhminin 28%-i Yuri Samoxinə, 42%-i Yuliya Umnyakova, 12,5%-i İnna Vavilova, Elmevor Finance Ltd Kipr şirkətinə, 5%-i isə Alisa Melkonyana aiddir.
İndi isə Performance Group Easy Meal ilə bağlı eksklüziv hüquqlar əldə edib. Bura, həmçinin maddi və qeyri-maddi aktivlər də daxildir. Amma sahibin dəyişməsi şirkətin işinə və kadr dəyişikliyinə gətirib çıxarmayacaq. Infoline-Analitikin baş direktoru Mixail Burmistrovun qiymətləndirməsinə görə, müqavilənin dəyəri 80 milyon rubldur. Infoline-Analitik-ə görə, Performance Group hazırda bazarda hazır rasionların çatdırılması üzrə ikinci yerdədir. Birinci yerdə isə Grow Food, üçüncü yerdə isə “Yandeks. Şef” tutur. Kompaniya Moskva, Sankt-Peterburq, Ekaterinburq, Krasnodar kimi ərazilərdə fəaliyyət göstərir. İyul ayında isə şirkətin əsas qrupu Kipr şirkəti- PFLK Group Ltd — Mail.ru Group-dan 4%-lik səhm əldə edib.