VIY Management (VIYM) kompaniyası French Kiss şokolad butikləri şəbəkəsinə alıcı axtarışındadır.
Facemark.az-ın məlumatına görə, bu haqda Kommersant qəzetinə investisiya dairələrindən mənbə danışıb.
Mənbə nəşrə deyib ki, aktivlər ilə Ukraynanın Konti fabriki maraqlanır. Ukraynanın brendi Rusiyada isə Kursk şirniyyat fabrikini idarə edir.
Walnut Capital-ın idarə portnyoru Artem Motorniyin sözlərinə görə, Konti butikdən markanın premium sinifin inkişafı üçün istifadə edə bilər. Daha bahalı seqmentə çıxış üçün isə ona bütün portfelinin dəyərini yüksəltmək lazım olacaq.
Mənbə açıqlamasında deyib ki, VIYM-in layihədən çıxması isə investisiya mühitinin sona çatması ilə izah oluna bilər. Yaxşı bir təklif olarsa French Kiss tamamilə satıla bilər. İnfoline-Analitikin baş direktoru Mixayil Burmistrov həmin biznesin minimal dəyərini 500 milyon rubl qiymətləndirib.
Qeyd edək ki, French Kiss-in əsası 2004-cü ildə qoyulub. Şəxsi məlumatlara görə, ona 35 nöqtədə mağaza daxildir, onlardan 24-ü isə Moskvada açılıb. 2015-ci ildə isə Moskvada şirkətin fabrikinin əsası qoyulub.