Fast-food restoranları şəbəkəsi Burger King Fransada “Udduğunuz şeylərə diqqət edin!” adlı reklam kampaniyası buraxıb. Belə ki, reklam kampaniyası çərçivəsində 1 ədəd qızardılmış kartof fri yapışdırıcı ilə divara bərkidilib.


Facemark.az xəbər verir ki, Bandt nəşri yazır ki, kampaniya Parisin Buzzman agentliyi tərəfindən hazırlanıb.


Sosial şəbəkədə belə bir kreativ yanaşma şirkətin müasir sənət sərgisində-Art Basel, Mayamidə baş verən hadisəyə reaksiyası olub. Belə ki sərgidə bananın biri yapışdırıcı ilə divara bərkidilmişdi və maraqlısı budur ki, o eksponatlar arasında yer alırdı. Sərginin ziyarətçisi olan Devid Datuna isə onu divardan qoparmış və yemişdi.


Burger King kampaniya çərçivəsində sərgidə olan bananın qiymətinə də toxundu. Belə ki, sərgidə belə bananın qiyməti 120 000 dollar idi. Restoranlar şəbəkəsi isə özünün alternativ “eksponat”ını göstərdi-bir dilim kartof frisi cəmi €0,01.