“Evdə tək” filminin yeni aktyor tərkibi elan edilib. Belə ki, Jojo Rabbit filmindən tanınan Tayki Vaytiti, Arçi Qeyts, həmçinin Elli Kemper və Rob Delani yer alacaq.


Facemark.az xəbər verir ki, bu haqda Variety nəşri mənbəyə istinadən yazıb.



Bildirilir ki, Qeyts “Evdə tək” filmində əsas rollardan birini icra edəcək, amma əvvəlki filmin baş qəhrəmanı Kevin MakKallisterin portotipi olmayacaq. Belə ki, o filmdə yeni personaj kimi çıxış edəcək.


Film ilə bağlı yayılan şayiələrə görə, Kemper və Delani valideynlər rolunda çıxış edəcək. Başqa bir informasiyada isə deyilir ki, onlar Qeyts ilə bağlı olmayacaqlar.


Filmin rejissoru “kreslo”suna isə Den Mazer əyləşəcək.


Amma hazırda isə filmin premyerasının nə vaxt olacağı ilə bağlı məlumat yoxdur.