LG korporasiyasının keçmiş fəxri sədri və rəhbəri Ku Çja Qen 94 yaşında vəfat edib.
Facemark.az-ın məlumatına görə, bu haqda Yonhap agentliyi yazıb.
Məlumatda deyilir ki, Qen dekabrın 14-də yerli vaxtla 10:00-da vəfat edib. Onun ölümünə səbəb isə xroniki xəstəliyi olub. Ölən şəxsin və ailəsinin istəyi ilə bağlı olaraq onun dəfn olunacağı vaxt və məkan açıqlanmır.
Qeyd edək ki, Ku Çja Qen 1925-ci ildə dünyaya gəlib. O, LG rəhbərliyinə atasından sonra keçib. 1995-ci ildə Qen korporasiyanın idaretməsini oğlu Ku Von Muya həvalə etmişdi. O, isə 2018-ci ildə vəfat etib. 2015-ci ilə qədər Ku Çja Qen LG Welfare Foundation-in direktorlar şurasında vəzifəsini icra etməkdə davam edirdi.