ABŞ-ın Kaliforniya əyalətində yaşayan cütlük İsveçin nəhəng mebel istehsalçısı IKEA-dan şkaf alıb. Həmin şkaf iki yaşındakı oğlunun üstünə düşüb, nəticədə körpə boğularaq vəfat edib. Firma isə ailəyə 46 milyon dollar təzminat ödəyəcək.


Facemark.az xəbər verir ki, 32 kiloqram ağırlığında “Malm” seriyasında yer alan şkaf, 2017-ci ilin mayında Jozef Dudek-in Kaliforniyadakı evinin otağında üstünə düşüb.



Bu şkaflar, Dudek ölmədən bir il öncə, üç uşaq daha öldürdüyü üçün bazardan çıxarılmışdı. Firma Şimali Amerika və Kanadada milyonlarla şkafı toplamış, məhsulu keçmişdə alan müştərilərinə isə onu divara bərkidilməsi ilə bağlı xəbərdarlıq etmişdi.



İki yaşındakı Camden Ellis, Curren Collas və 23 aylıq Ted McGee də eyni məhsulun altında qalaraq ölmüşdü. 2016-cı ilin dekabrında isə firma,üç ailəyə ümumilikdə 50 milyon dollar təzminat ödəmişdi. Oğulları şkafın altında qalaraq boğulub ölən ana- atası Joleen və Craig Dudek isə bunları deyib: “76 santimetr yüksəkdə duran bir şkafın oğlumuzun üzərinə düşüb onun ölümünə səbəb olacağı ağlımızın ucundan belə keçməzdi. Sonra öyrəndik ki, istehsal xətası var imiş, sabit dayanmırmış. Bu vəziyyətdən xəbərdar deyildik. Belə bir hadisəni başqa bir ailənin yaşamaması üçün əlimizdən gələni edəcəyiz”.


Dudek cütl üyü, firmadan alacaqları pulun 1 milyon dollarını uşaqları qorumaq üçün çalışan bir ictimai təşkilata verəcəklərini deyiblər. IKEA-nın nümayəndəsi isə firma adından etdiyi açıqlamada, “Heç bir razılığın belə bir faciəvi vəziyyətdə təsəlli olmayacağını bilirik. Ailənin kədərini azaltmasa da, bir razılığa gəldiyimiz üçün məmnunuq”, - deyib.


Qeyd edək ki, bu seriyadan olan şkaflar qonşu ölkə olan Türkiyədə də satılır.