"Samsung" şirkəti "Galaxy Note" smartfonunun yeni versiyasını avqustun 29-da keçiriləcək tədbirdə təqdim edəcək.  "Samsung" qurğunun xüsusiyyətləri haqqında vaxtından əvvəl məlumat verməyib.Aparatın böyük ekrana malik olması səbəbindən model smartfon və planşet kompüter arasında olan qurğu hesab edilir. Məlumat üçün bildirək ki, şirkət "Galaxy Note" smartfonunun birinci versiyasını 2011-ci il sentyabrın 1-də elan etmişdi. 2012-ci il iyunun 1-nə olan məlumata görə, şirkət 7 milyon aparat tədarük edib.