Biznesmen, Tesla və SpaceX şirkətinin yaradıcısı İlon Maskın sərvəti 60 dəqiqə ərzində 2,3 milyard ollar artıb.
Facemark.az-ın məlumatına görə, Bloomberg Nyu York Birjasının məlumatına istinadən yazır ki, buna səbəb onun şirkətinin bazar kapitalizasiyasının artması olub.
Birjada ticarətin bağlanması ərəfəsində Teslanın səhmlərin dəyəri 2,49% artaraq 580,99 dollar olub, daha sonra isə bu göstərici 12% artaraq 649 dollara çatıb.
Bu cür müsbət dinamika sərvəti 36 milyard dollara qədər yüksələn, Maskın özünə də müsbət təsir edib.
Xatırlatmaq yerinə düşər ki, Tesla şirkətinin səhmləri ötən ilin oktyabrından bəri bahalaşmaqdadır. 48 yaşlı Mask Tesla şirkətinin səhmlərinin 1/5-ə sahibdir, onun sərvətini elə əsas hissəsini də Tesla-dan gələn gəlirlər təşkil edir. Space Exploration Technologies Corp. şirkətində isə biznesmenin səhm paketinin dəyəri 14,6 milyard dollardır.