Berkshire Hathaway-in aktivlərini Lee Enterprises 140 milyon dollara alacaq.


Amerikalı multimilyonçu, Amerikada çap mətbuatının sadiq dəstəkçisi, Uorren Baffet Berkshire Hathaway-dəki qəzet imperiyasını satır.


Facemark.az xəbər verir ki, mediaholdinqin məlumatında deyilir ki, sazişin dəyəri 140 milyon dollardır, alıcı isə media korporasiya Lee Enterprises şirkətidir.


Baffetə görə qəzet işi rentabelli deyil və elektron texnologiyaların inkişafı dövründə transformasiya tələb edir. O, mətbuatın gözləniləndən daha sürətlə kiçildiyinə əmin olub. Bugünkü dövrdə mediaholdinq ABŞ-da 30 qəzet və 49-dan çox həftəlik nəşr buraxır. Onların arasında The Buffalo News qəzeti də var. Lee Enterprises isə ABŞ ştatlarında 40-dan çox yerli qəzet və başqa nəşrlər buraxır. Sazişin şərtləri, həmçinin borcların ödənilməsinə gedəcək Berkshire Hathaway üçün 576 milyon dollarlıq kredit xəttini də nəzərdə tutur.


Lee Enterprises, həmçinin media holdinqin mülkünün icarəsi haqqında razılığa gəlməyi də düşünür. Güman edilir ki, saziş martın ortalarında başa çatacaq. Baffet gəncliyində karyerasına qəzet çatdırılmaları ilə başlayıb. 1970-ci illərdə isə hazırda mövcud olmayan həftəlik bir qəzetə sahib idi və jurnalistlərin yerli xeyriyyə qurumlarının faəliyyətlərini araşdırmağa kömək oldu. İllər içində o qədər media aktivə sahib oldu ki, özünü media manyakı adlandırdı. Onun bu istiqamətdə ilk alışı 1977-ci ildə The Buffalo Evening News qəzeti olub.


Rəqəmsal transformasiya dövründə o özünün biznesini qorumağa çalışdı, amma Baffetin qəzet imperiyasına daxil olan qəzetlərin çoxunda ixtisarlar baş qaldırmışdı.


Xatırlatmaq yerinə düşər ki, Uorren Baffet planetin ən zəngin insanları siyahısına düşüb. Onun biznesinə, təkcə media aktivlər daxil deyil. Daha öncəki açıqlamasında demişdi ki, o Heinz və Kraftı birləşdirmək üçün daha çox pul təklifi edib. Ancaq biznesmen şirkətdəki payını satmağa çalışmır.