Dünyaca məşhur qadın iç geyim markası Victoria's Secret, səhmlərinin böyük hissəsini Sycamore Partners-a 1,1 milyard dollar dəyərində satdığı deyilir.


ABŞ-ın pərakəndə şirkəti Limited Brands (L Brands) qadın iç geyim markası Victoria's Secret'in əsas səhmlərini investisiya şirkəti Sycamore Partners-a 1,1 milyard dollar qiymətləndirmə ilə satır.


Facemark.az xəbər verir ki, şirkətin bu satışı Bath & Body Works adlı digər markasına fokuslanmaq üçün etdiyi təxmin edilir.


L Brands'-dən edilən açıqlaya görə, uzun zamandır şirkətin CEO-su olan Leslie Wexner bu satışı həyata keçirdikdən sonra, vəzifəsindən istefa edəcək və şirkətin fəxri prezidenti olacaq.


Ohio mərkəzli The Columbus firması, Sycamore Partners-ın Victoria's Secret-in 55%-lik səhmə sahib olacağını və onu şərikli şirkətə çevirəcəyini deyib. L Brands səhmlərin isə 45%-nə sahib olacaq.