Ödəniş sistemləri sahəsində fəaliyyət göstərən qlobal texnologiya şirkəti Matercard da yüksək səviyyədə pozisiya dəyişikliyi olub.


Facemark.az xəbər verir ki, 2013-cü ildən bu yana Mastercard-ın Cənubi-Şərqi Avropa bazarında marketinq menecmentliyi üzrə məsul olan Ceren Türkben Kaya, Mastercard sürətlə böyüyən bazarlar üzrə marketinq və kommunikasiya üzrə rəhbər köməkçisi vəzifəsinə yüksəlib.


Ceren Türkben Kaya yeni vəzifəsində İsrail, Türkiyə, Azərbaycan, Qazaxıstan, Belarus, Gürcüstan da daxil olmaqla 12 ölkənin sürətllə böyüyən bazarlar sektorunun marketinq və kommunikasiyasından məsul olacaq.


Qeyd edək ki, o, bakalavr təhsilini Boğaziçi Universitetinin İqtisadiyyat bölümü üzrə tamamlayıb. Türkben Kaya karyerasına 2002-ci ildə Reckitt Benckiser Türkiyədə başlayıb. 2003-cü ildə Unilever Türkiye də fərqli məhsul qruplarında marka idarəçisi çalışıb.


Türkben Kaya, Mastercard-a iştirakından öncə 2010-cu ildə Unilever İngiltərənin mərkəz ofisinə transfer olub. Üç il ərzində qlobal qida marketinq sektoru altında qlobal və lokal marka idarəçisi olaraq çalışıb.