TNT kanalı tezliklə efirə gedəcək yeni realiti şounu elan edib. Layihənin 12 iştirakçısı populyarlıq, abunəçi sayının çoxluğu və s. üçün realiti şounun bir parçası olublar.


Facemark.az xəbər verir ki, şounun çəkilişləri Qara dəniz yaxınlığında yerləşən hərbi hissələrin birində baş tutub.


İştirakçılar layihənin əsas mükafatını, ulduz formasında qiymətli bir broşu almaq üçün silah, əl bombası, zirehli maşın daşıyıcıları ilə rəftar etməyi belə öyrəniblər.