Koronavirusun çıxış nöqtəsi olan Çinin Uhan şəhərində həyatın öz axarına düşməsi üçün işlər davam etdirilir.
Facemark.az xəbər verir ki, Çinin prezidenti Xi Jinpingin Uhan ziyarətindən sonra, açıqlamasında deyib ki, başda dövlət xidmətləri və səhiyyə müəssisələri olmaqla bəzi şirkətlərin yenidən işə başlaması qərara alınıb.
Dünya miqyasında yayılan koronavirus epidemiyasının çıxış nöqtəsi olan Çinin Hubey əyalətinə bağlı Uhan kəndində səlahiyyətli şəxslər xəstəliyin dəf edildiyindən əminlik ifadə edirlər.
Martın 11-də edilən açıqlamada deyilirdi ki, bəzi şirkətlərin Uhan şəhərindəki fəaliyyəti bərpa olunacaq. Şəhər yanvardan bəri karantinadadır və belə bir qərar isə bu yaxınlarda adıçəkilən şəhədə dövlət başçısının ziyarətindən sonra alınıb. Açıqlamada, həmçinin bildirilib ki, beynəlxalq arenada fəaliyyət göstərən şirkətlərin də işləri yaxın dövrlərdə, icazə alındıqdan sonra bərpa oluna bilər. Ancaq məktəblərdə tətil davam edəcək.