Koronavirus epidemiyası dünya iqtisadiyyatı və maliyyə bazarları üçün əsas təhdidlərdən birinə çevrilib. Virus ötən ilin dekabrında Çinin şəhəri Uhanda peyda olub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyanın ən azı 110 ölkəsində 110 000-dən çox insanı yoluxdurub. ÜST-ün məlumatına görə, onlardan 4000-dən nəfərdən çoxu virusdan dolayı ölüb.
Virus infeksiya hallarının çoxu isə Çində qeydə alınıb bu isə 80 000-dən çox insan deməkdir. Çin hökuməti COVID-19 adını alan virusun yayılmasının qarşısını almaq üçün şəhəri bağladı, milyonlarla insanın hərəkətini məhdudlaşdırdı və biznes-əməliyyatlarını yavaşlatdı. Bütün bunlar isə ölkə iqtisadiyyatının ləngiməsinə gətirib çıxardı. Daha da pisi virus dünya miqyasında sürətlə yayılır və 7000-dən çox infeksiya hallarının olduğu İtaliya, İran, Cənubi Koreya kimi ölkələrə təsir edir. Koronavirusun yayılması ilə bağlı narahatlıq bütün dünya bazarlarına da təsir edir. Belə ki, səhmlərin qiyməti enir, istiqrazların gəlirliliyi azalır və s.
Aşağıda koronavirusun dünya iqtisadiyyatı üçün 7 əsas fəsadları haqqında bəhs edəcəyik.
Mənfi iqtisadi proqnozlar
Koronavirus epidemiyasının yayılmasına görə, böyük institutlar və banklar dünya iqtisadiyyatının artması ilə bağlı proqnozlarını aşağı salıblar. Dünya iqtisadiyyatı ilə bağlı proqnozunu aşağı salan son təşkilatlardan biri də OECD idi. OECD analitikləri mart ayındakı bir hesabatında demək olar ki, dünyanın bütün iqtisadiyyatları üçün 2020-ci il böyümə proqnozlarını aşağı endiriblər. Hesabata görə, bu il Çin ÜDM-sində böyük enmə müşahidə olunacaq. Proqnoza görə, cari ildə böyük Asiya iqtisadiyyatı üçün böyümə 4,9% olacaq, bu isə bir il öncəki artım proqnozundan 5,7% azdır. Eyni zamanda, dünya iqtisadiyyatı üçün artım 2020-ci ildə 2,4% olacaq, bu isə bir öncəki il ilə müqayisədə 2,9% azdır.
İstehsal fəaliyyətinin azalması
Çinin istehsal sektoru virusun yayılmasına görə, ciddi zərbə alıb. Özəl şirkətlərin bir araşdırması olan Caixin/Markit Manufacturing Purchasing Managers’ Index-ə görə fevralda istehsal fəaliyyətləri rekord aşağı səviyyəyə 40,3-ə enib. Əlbəttə ki, 50-dən aşağı bir rəqəm isə azalma mənasına gəlir. Çində istehsal fəaliyyətlərinin aşağı enməsi fonunda, onunla yaxın əməkdaşlıq edən ölkələrin, məsələn, Viyetnam, Sinqapur, Cənubi Koreyanın da iqtisadiyyatına təsirsiz ötüşməyib.
Xidmət sektoru enməkdədir
Çində koronavirus epidemiyası xidmətlər sektoruna neqativ təsir göstərir. Çünki istehsal xərclərinin azalması pərakəndə ticarətə, restoranlara və aviasiyaya da mənfi təsir göstərir. Çindəki Caixin/Markit Services PMI indeks fevralda cəmi 26,5-ə enib. Bu isə son 15 ildə belə tədqiqatı aparan araşdırma üçün ilk belə, 50-dən aşağı enmə idi. Epidemiya təkcə Çindəki xidmət sektoruna deyil, dünyanın ən böyük istehlak bazarı olan ABŞ-a da təsir edib.
Neftin qiyməti aşağı enir
Dünyada istehsal fəaliyyətinin azalması neftə olan tələbin aşağı düşməsinə səbəb oldu, eyni zamanda neftin qiyməti də endi. Analitiklər isə deyir ki, qiymətlərdəki enmə OPEC+ ölkələrinin neft hasilatını azaltmaq üçün yeni bir saziş üzərində razılığa gələ bilməməsindən əvvəl başlayıb. Virusun əsas mərkəzi olan Çin, eyni zamanda dünyanın ən böyük neft idxalçısıdır.
Fond bazarlarında xaos
COVID-19 virusunun yayılması ilə əlaqəli qorxu və həyəcan investorların da düşüncəsinə mənfi təsir edib, bu da əsas bazarlarda səhmlərin qiymətinin kəskin enməsinə gətirib çıxarıb. Analitiklər deyirlər ki, epidemiyanın yayılması bazarlara üç istiqamətdə təsir edə bilər: Çində işgüzar fəaliyyətin enməsinə, yerli bazarda fəaliyyətin azalmasına və maliyyə bazarlarında stresə gətirib çıxara bilər.
İstiqrazların gəlirliyinin azalması
Epidemiyanın yayılması ilə bağlı narahatlıq bütün dünyada istiqraz vərəqələrinin gəlirliliyinin enməsinə gətirib çıxarıb. Amerika istiqraz vərəqələrini gəlirliliyi son həftələrdə 1%-dən aşağı enib, belə bir hal isə heç vaxt müşahidə olunmamışdı. 10 illik istiqraz vərəqələrinin gəlirliliyi rekord aşağı səviyyəyə 0,3%-ə enib.
Dünya turizimində enmə
Turizm dünya iqtisadiyyatının ən böyük sahələrindən biridir, onun gəlirləri 5,7 trilyon dollara çatır. Bu sferada 319 milyon insan çalışır, bu isə planetin bütün işləyən əhalisinin 10%-i deməkdir. Elə buna görə də, epidemiyanın yayılmasının ən böyük təsiri elə bu sektorda müşahidə olunub. İndi turizm sektorunda ixtisarlar müşahidə olunur. Bu, istər işgüzar səyahət, istərsə də əyləncə sektoruda səyahələrin ləğvi ilə bağlıdır. Üstəgəl mənfi nəticələr Çindən kənarda da müşahidə olunur. 100 000-dən çox insanın iştirakının planlaşdırıldığı böyük konfrans və tədbirlər ləğv edildi. Əlbəttə ki, ləğv edilənlər, təkcə sərgi və konfranslar deyildi. Başqa ölkələrə çoxsaylı işgüzar səfərlər, insanların virusun yayılması qorxusundan dolayı ləğv edilib. Ancaq problem təkcə turizmdə işgüzar səfərlərə deyil, əyləncə səyahətlərinə də təsir etməkdədir. Turistlər səyahət rezervasiyalarını ləğv edir. Bu da təbii ki, otellərə, restoranlara, aviaşirkətlərə və digər nəqliyyat şirkətlərinə təsirsiz ötüşmür.