Volkswagen Group, koronavirusa görə, Avropada istehsala ara verir.


Volkswagen Group CEO-su Herbert Diess İtaliya, Portuqaliya, Slovakiya, İspaniyada istehsala ara verəcəklərini deyib. CEO açıqlamasında əlavə edib ki, Avropada geri qalan fabriklərin də koronavirusdan dolayı bağlanmağa hazırlanır.


Facemark.az xəbər verir ki, Audi, Bentley, Bugatti, Ducati, Lamborghini, Porsche, Seat və Skoda markalarının sahibi, Almaniyanın avtomobil istehsalçısının CEO-su açıqlamasında əlavə edib ki, epidemiyanın yaratdığı qeyri-müəyyənlikdən dolayı performans ilə bağlı proqnozlar vermək imkansızdır.


Volkswagen-in İşçi Həmkarları Təşkilatından deyiblər ki, əməkdaşların virusun yayılmasının qarşısına keçəcək təhlükəsiz məsafə qoruması imkansızdır və cümə günündən bəri istehsalın dayandırılması ilə bağlı təkliflə çıxış ediblər.


CEO Herbert Diess, “Satışlardakı mənfi dinamika və ehtiyat hissələrinin fabriklərə tədarükünə dair artan qeyri-müəyyənliyə baxan zaman, yaxın zamanda markalarımızın fabriklərində istehsala ara veriləcək”, - deyib.