Dünya neft sənayesində milyondan çox iş yeri, neftin qiymətlərinin enməsi, xam neftə tələbatın düşməsi və koronavirus pandemiyasının yayılması fonunda itirilə bilər.
Facemark.az-ın məlumatına görə, belə bir proqnozu beynəlxalq konsaltinq kompaniyası Rystad Energy verib.
Kompaniyadan bildirilir ki, ilin sonuna kimi dünya üzrə neft sənayesində çalışan 5 milyondan çox insanın 1/5-i ixtisar – 21% oluna bilər. Onların 13%-i Səudiyyə Ərəbistanı tərəfindən başladılan qiymət müharibəsinə görə, 8%-i isə COVID-19 virusunun yayılmasından dolayı bir çox layihələrin dayandırılması və yavaşıladılması ilə bağlı olacaq.
Aşağı neft qiymətləri 2021-ci ilə qədər qala bilər, bu isə sektorda ən böyük ixtisarlara gətirib çıxara bilər.
“Ümid edirik ki, 2021-ci ilin ikinci yarısında koronavirusun yox olması və neft bazarı sisteminin yaxşılaşdırılması ilə şist sənayesində yeni iş yerləri açılacaq”, - deyə Rystad Energy şirkətinin neft və qaz xidmətləri bazarının təhlili üzrə vitse-prezidenti Audun Martinsen bildirib.