Uzun bir həftə sonu keçirmiş Rusiya sakinləri evdə oturmaq məcburiyyətində qalacaqlar. Kabab qonaqlıqları və dostlara səfərləri, ən yaxşı günlərə qədər təxirə salmaq lazımdır. Bu, əlbəttə, çətindir, amma koronavirusun yayılması prizmasından olduqca vacibdir. Bəs, doqquz günlük özünütəcrid vəziyyətinə necə dözmək olar?


Facemark.az-ın məlumatına görə, bu haqda RQ nəşrinin müxbiri psixoloqdan soruşub.


“Evdə qaldınız? Siz mövcud vəziyyəti qəbul etməli və ona müqavimət göstərməməlisiniz. Xatırlayın ki, neçə dəfə olub ki, siz 6 da oyanmısınız və evdə qalmağın xəyalını qurmusunuz. Amma indi isə ildə bir dəfə evdə qalmağınız ilə bağlı sizə şans verilib, nədənsə bundan şikayət edir, qəzəblənirsiniz. Hələ bir xatırlayın ki, baxmaq istədiyiniz nə qədər film siyahınız olub, amma vaxt tapmadığınıza görə, onlara baxa bilməmisiniz. Bu, siyahı isə sadəcə vaxt çatışmazlığına görə artdı. İndi isə arzu olunanları yalnız bir neçə gün ərzində etmək olar”, - deyə bu haqda RQ nəşrinə, Sinerqiya Universitetinin psixologiya kafedrasının baş müəllimi Anna Quseva deyib.


O, əlavə edib ki, uzun zamandır səyahə etməyi planlaşdırdığınız bir ölkəyə virtual səfər edə bilərsiniz: “Məsələn, Luvr muzeyini detallarına qədər araşdırın, daha sonra isə video konfrans üzərindən onu müzakirə edin”.


Anna danışır ki, sayt yaradın, sosial şəbəkələrdəki hesabınızı yeniləyin. Evinizi sahmana salın. Bu qədər boş zamanda evinizi kosmetik təmir edin, əşyaların yerlərini dəyişin. Evinizin bir küncünü “back ofis” üçün hazırlayın.


Psixoloq deyir ki, indi bir restorana getməyin heç də zamanı deyil: “Üç yeməkdən ibarət naharı özünüz də hazırlaya bilərsiniz, hətta uşaqınıza onun servis qaydalarını da başa sala bilərsiniz”.


Ekspert deyir ki, özünütəcrid insanların öz üzərində işləməyi, düşünməyi və fikirləşməyi üçün yaxşı zamandır: “Əgər birdən siz kədərlənməyə başlayırsınızsa, keçmişdə hovuza girmək, idman məşğələlərinə getmək üçün darıxırsınızsa, o zaman mövcud situasiyanın sizin üçün beş müsbət tərəfini düşünün”, - deyə Quseva deyib.


“Siz bu zaman başa düşəcəksiniz ki, sizi narahat edən və hətta depressiyaya salan mövcud situasiya deyil, hər gün etdiyiniz, artıq vərdiş halına alan fəaliyyətinizdən uzaq qalmaq olub”, - deyə ekspert əlavə edib.