Sosial məsafəni saxlamayan Nyu-York sakinləri cərimə ödəməli olacaqlar.
Facemark.az-ın məlumatına görə, bu haqda bazar günü təşkil edilən mətbuat konfransında meqapolisin rəhbəri Bill de Blazio deyib.
New York Post-un məlumatına görə, cərimənin miqdarı 250 dollardan 500 dollara qədər olacaq.
“Əgər polis kimdənsə məsafəni saxlamağı xahiş edirsə, o bu tələblə razılaşmırsa, yaxud razılaşıb daha sonra bu qaydanı pozursa, hesab edirəm ki, həmin şəxslərə cərimə yazılmalıdır”. Şəhər qubernatoru onu da əlavə edib ki, cərimlər, ancaq ən son halda təyin olunacaq.
Del Blazionun sözlərinə görə, bazar günü axşamına qədər Nyu-Yorkda 32,3 min nəfərdə yeni virusa yoluxma halı qeydə alınıb. 678 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, daha əvvəlki xəbərdə deyilirdi ki, Nyu-York-da Mərkəzi Parkın ərazisində 14 çadırdan ibarət mobil hospitallar quraşdırılmağa başlayıb. Burada 68 insan yerləşdirə biləcəklər. Xəstələrlə iş üzrə isə 70 həkim cəlb edəcəklər. Ora baş həkim kimi isə Qərbi Afrikada xəstələri eboladan müalicə etmiş, Elliott Tenpenn cəlb ediləcək.
ABŞ-da koronavirusla bağlı situasiya fotolarla














