Volkswagen, yeni tip koronavirusdan (COVID -19) dolayı tələbin düşməsi və tədarük şəbəkəsində yaşanan çətinliklərlə bağlı olaraq yeni qərar alıb.


Facemark.az-ın məlumatına görə, Almaniyanın avtomobil istehsalçısı Volkswagen 20 Mart- 5 Aprel-i əhatə edən istehsalın dayandırılması vaxtını daha 4 iş günü uzadıb.


Avtomobil konserindən edilən açıqlamaya görə, Almaniya fabriklərində istehsal fəaliyyətlərinin dayandırılması müddəti, yəni aprelin 9-dək uzadılıb.


Kompaniyadan deyilib ki, mümkün olan ən qısa müddətdə istehsala davam etmək üçün çalışırlar.