Forbes nəşri Real-Time Biilionaires List-in versiyasına istinadən yazır ki, Rusiyanın ən varlı qadını yenə Inteco Management şirkətinin rəhbəri Yelena Baturina olub.
Facemark.az-ın məlumatına görə, reytinqin ikincisi isə, əvvəl siyahıya başçılıq edən Wildberries onlayn-riteylerinin rəhbəri Tatyana Bakalçuk olub.
Bakalçuk 20 fevralda reytinqə rəhbərlik etdi, ancaq onun şəxsi sərvətinin həcmi o vaxtdan bəri 29% azalma göstərib. Buna isə bazardakı əsas aktivi Wildberries marketpleysi olan şirkətin aktivlərinin azalması və rublun məzənnəsindəki enmə səbəb olub. Bu hadisələrdən əvvəl isə Bakalçukun şəxsi sərvətinin həcmi Baturinanın sərvətini 200 milyon dollar qabaqlamış və 1,4 milyard dollar təşkil etmişdi.
Xatıladaq ki, Tatyana xanım 2018-ci ildə 600 milyon dollarlıq sərvəti ilə Forbes-in siyahısına düşmüşdü. 2019-cu ildə isə biznes ledi yeni ən vacib milyaderlərdən biri kimi adını reytinqə yazdırmışdı.
Baturina isə 2004-cü ildə 1 milyard dollar sərvəti ilə Forbes-in siyahısına düşmüşdü. 2010-cu ildə onun sərvətinin həcmi rekord səviyyəyə 4,2 milyard dollara çatıb, amma 2008-ci ilin maliyyə krizisində isə bu cəmi 900 milyon dollar idi. Son iki ildə isə Forbes onun sərvətinin həcmini 1,2 milyard dollar qiymətləndirir.
Qeyd edək ki, daha əvvəl Bakalçuk rezonas bir bəyanatla çıxış etdi. O dedi ki, ərzaq məhsulları da daxil olmaqla bütün mağazalarını bağlayır və onlayn sifarişlərin kontaktsız çatdırılmasını həyata keçirəcək. Sahibkar Rusiyanın ən böyük biznesmenlərinin imzaladığı ölkənin alıcıların və personalların təhlükəsizliyinin qorunması ilə bağlı razılaşmanın şərtlərinə əməl etməyə dəvət edib.
