“Forbes”in yeni reytinqinə “Amazon”un rəhbəri Ceff Bezos rəhbərlik edir. O, şəxsi sərvətinin həcmi 100 milyard dollardan çox olan dünyadakı yeganə biznesmendir. Sahibkarın şəxsi kapitalı 113 milyard dollar qiymətləndirilir.


Facemark.az xəbər verir ki, reytinqin ikincisi isə martın ortalarında şirkətin Direktorlar Şurasını tək edən, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts tutub. Onun şəxsi sərvətinin həcmi isə 98 milyard dollar qiymətləndirilir.


Reytinqin üçüncüsü isə Avropanın ən zəngin insanlarından biri olan Louis Vuitton Moët Hennessy (LVMH) şirkətlər qrupunun rəhbəri Bernar Arnodur. Onun sərvəti isə 76 milyard dollar olub.



TOP10-ğa, həmçinin 67,5 milyard dollarlıq pulu ilə investor Uorren Baffet, “Oracle”nin rəhbəri Larri Ellison (59 milyard dollar), Inditex qrupuna daxil olan Bershka, Zara, Pull&Bear, Massimo Dutti, Oysho digər brendləri idarə edən şirkətin rəhbəri Omansio Orteqa (55,1 milyard dollar), “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq (54,7 milyard dollar) daxil olub.


Onluğu isə Walmart-ın rəhbəri Sem Uolton bağlayıb. Onun kiçik oğlu Cimin sərvəti 54,6 milyard dollar, qızı Elisin 54,4 milyard dollar, böyük oğlu Robun isə 54,1 milyard dollar olub.


Ümumilikdə, reytinqə dünyadakı 2095 biznesmen qatılıb. Onların şəxsi sərvətini həcmi isə 8 trilyon dollar olub.