Adətən Dünyada İlin Avtomobili mükafatını qazananları martda Cenevrədəki Avtomobil Sərgisində elan edirlər. Koronavirusa görə, bu il digər iri konfrans, tədbirlər kimi adıçəkilən motor-şounun keçirilməsi də sual altında idi.


Facemark.az-ın məlumatına görə, nəticələri Nyu-York şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq sərgidə elan etmək mümkün ola bilərdi.


Ancaq onun vaxtını apreldən avqustun sonuna qədər təxirə saldılar. Nəticədə təşkilatçılar problemi müasir bir yolla həll etməyə qərara gəldilər və qalibi onlayn seçdilər.


Dünyada ilin avtomobili bir çox nüfuzlu mükafatlara sahib olan böyük Kia Telluride krossoveri seçilib. Əlbəttə, bir çoxları üçün Telluride-nin birinci yerə çıxması qəribə görünə bilər. Bu isə ona görədir ki, adıçəkilən avtomobilin satışları yalnız ABŞ və Kanadada mümkündür.


Ancaq bu münsiflər heyətinin qərarıdır və qaliblər isə mühakimə olunmur. Bildirək ki, Koreya SUV ilə birinci yer uğrunda Mazda-nın iki modeli də mübarizə aparıb.


World Car of the Year münsiflər heyətinin qərarına görə, ən yaxşı şəhər avtomobili Kia Soul EV. krossoveri olub. Dizayn nöqtəyi-nəzərindən ən yaxşı avtomobil isə Mazda3 seçilib.


Qeyd edək ki, Porsche Taycan isə iki nominasiya üzrə mükafatlandırılıb. “Ən yaxşı idman avtomobili” və “Ən yaxşı premium-avtomobil”.