Türkiyə dedikdə hər kəsin ağlına nəsə gəlir, market və marketinq dedikdə isə bahalıq və qeyri-adi reklam bazarı, bol çeşid, sərbəst və açıq rəqabət gəlir.


Türkiyədəki supermarket, hipermarket, AVM-lər və bakqallar haqda və onların marketinq siyasəti haqda danışacam. Türkiyə bizə ən yaxın ölkədir, hətta qardaş sayılırıq, çünki dinimiz, dilimiz, mədəniyyətimiz, mətbəximiz, emosional dəyərlərimiz hardasa 90% oxşardır. Bu oxşarlıq bazar və marketinq baxmından da eyni götürülə bilər amma bəzi nüanslar xaric.


Qısacası Türkiyə həm ticarətdə, həm xidmətdə, həm keyfiyyətdə, həm mədəniyyətdə, həm mənəviyyatda dünya ya örnək olacaq bir dövlətdir, yəni bir sözlə Əjdaha bir dövlətdir. Bəs onda bu qədər yaxınlıq və oxşarlıq varkən niyə o Əjdahadan bizdə yoxdu?!


Dövləti, bazarı, marketləri, marketoloqları təyin edənsə sadə xalqdır. Xalqsa müştəridir, supermarketlər və marketoloqlar xalqa xidmət edir və onların istəklərinə uyğun davranmaq məcburiyyətindədirlər, əks halda itirən yenə sahibkarlar olar. Türkiyəli müştəri ilə Azərbaycanlı müştəri arasında fərq nədədir?


Supermarketin 4 qızıl qaydası Qiymət, Keyfiyyət, Xidmət, Çeşid .


Türkiyədə supermarketlər yeni sistemlə işləməyə başlayıblar ki, bu da əhalinin təlabatına uyğun olaraq baş verib. Türk insanı toplu alış-veriş etməyi sevir və alış-verişə əyləncə kimi deyil, ciddi bir iqdisadi yatırım kimi baxır, öncədən aylıq təlabat çıxarılır və böyük supermarketə gedilir. Qalan günlük çörək, dondurma və s. kimi xırda və tarixi tez çıxan məhsullardan ötrü məhəllə bakqalına müraciət olunur. Supermarketlərdə toplu alış-veriş zamanı müştəriyə 2 qiymət təklif olunur: 1-ci pərakəndə qiymət, 2-topdan satış qiyməti. Topdan satış zamanı aldığınız məhsulu qutu ilə, pərakəndə aldıqda isə tək şəkildə alırsınız. Əlbəttə ki, qutu ilə aldıqda daha ucuz başa gəlir və nəticə etibarı ilə aylıq alış-veriş zamanı siz pulunuza da qənaət etmiş olursunuz. Bundan başqa türk alıcılar daim gündəmi təqib edirlər. Hər hansı bir AVM-ə və ya Hiper, Supermarketdə olacaq kampaniya haqda öncədən xəbərdar olurlar.


Azərbaycandakı supermarketlərdən fərqli olaraq, türk millətinə xas olan gözəl xüsusiyyətlərdən biri də “hamı yerli mal alsın, xeyir vətənə qalsın” prinsipidir ki, buna daim özənlə diqqət yetirilir. Bu prinsip tək məhsullarda deyil, SM,HM və AVM-lərdə də özünü göstərir. Yerli bazara, yerli istehsalçıya, yerli istehsala. Nəzarətə güvən illərdir özünü doğruldaraq, xarici bazara da öz məhsullarını çıxarmağa nail olmuşdur.


Türk xalqı emosional bir millət olduğu üçün, reklam və marketinq addımlarında da daim bu nüansları vurğulayır. Reklam şirkətləri, mənəvi dəyərlərə bağlılıq, keyfiyyətin təcəssümü, yerli istehsalın inkişafına böyük təkan verir.


Supermarketdən alış-veriş edən ailə sırf ona lazım olanı, yəni nəzərində olanı tapıb alır, alternativi ya da marketdə ağlına gələn məhsulu alıb səbətinə doldurmur. Bütün məhsullarının üzərində hazırlanma qaydası, içərisinə daxil olan bütün qatqı və qatqı maddələrini tam anlayışlı şəkildə yazırlar. Əgər hər hansı bir məhsuldan şikayət gələrsə, həmin şirkət artıq iflas edib deməkdir, çünki dövlət tərəfindən tərəfsiz və dəqiq aparılan monitoriq və nəzarət türk istehlakçısının 100-də qaydasına uyğun olaraq qidalanmasını təmin edir, bu da xəstəliklərin azalmasına və genin düzgün, sağlam formalaşmasına, o cümlədən rəqabətin sağlam aparılıb, azad sahibkarlığın formalaşmasına, hallalığın qorunmasına xidmət edir. Bir sözlə istehsalçı və istehlakçı haqqı ilə çalışır və çalışdığının qarşılığını alır. Haqqın olduğu yerdə həm ədalət, həm bərəkət, həm hallallıq, həm keyfiyyət, həm də xidmət olar.


Ən marağlı olan nüansa Migros, Bim, Carreforr, A-101, 1e1, İkea kimi böyük və köklü şirkətlər Azərbaycanda niyə fəaliyət göstərmək istəmirlər?!!!


Azərbaycanda


Alış-veriş gündəlik, maksimum həftəlik olur, nadir hallarda aylıq. Buda ilk növbədə pulun və məhsulun bərəkətsizliyini və xərcin idarə olunmasını çətinləşdirir. Ailə büdcəsi formalaşmır.


Türkiyədə


Alış-veriş aylıq, nadir hallarda həftəlik olur bu da bərəkətin və ailə büdcəsinin olmasına yardım edir. Xərclərin idarə olunması asanlaşır.


Azərbaycanda


Supermarketə və AVM-lərinə əyləncə kimi baxılır və qiymətlər yüksək olur. Ən çox xarici brendlərə bağlılıq çoxdu, eyni zamanda göstərişi sevən millət xüsusiyətinə malik olduğumuzdan xərclər həddən artıq yüksək olur.


Türkiyədə


Supermarketə və AVM-lərə adi alış-veriş yeri kimi baxılır, ayda 1-2 dəfə gedilir, ən çox yerli məhsullara üstünlük verilir. Xərclər orta qiymətləndirilir.


Azərbaycanda


Yerli istehsalda keyfiyyətin aşağı olması və xaricdən gətirilən məhsulların baha ya da bazar qiymətinə keyfiyətindən kəsərək uyğunlaşdırılması yerli istehlakçının mədəsinin və damaq dadının pozulmasına gətirib çıxarır. Xarici geni pozulmuş məhsulların və mövsümü olmayan məhsulların genefonda nə qədər zərər vurduğunu bilərək ölkə səhiyyə qurumları və s . bu vəziyyətə göz yumur. Buna baxmayaraq bazara buraxılır və özümüz öz əlimizlə kökümüzü zəhərləyirik. Misal , 15-gün yerli bazarın ən yaxşı suyunu için və digər 15 gün Türkiyə istehsalı olan “Ərikli” və yenidən həmin yerli istehsal olan suyu için. İçdiyimiz suyun belə nə qədər keyfiyyətsiz olduğunu anlamağa kifayət edəcək. Digərlərini siz düşünün artıq!



Türkiyədə


Ən çox yerli istehsala üstünlük verilir çünki keyfiyyətin yüksək və hallalıq faktorunun üstün tutulduğunu həm istehlakçı bilir, həm də istehsalçı. Dövlət yerli istehsalı daha da inkişaf etdirmək üçün, yerli bazarda olan məhsulun alternativini ölkə daxilinə gətirib satışını etmək istəyənlərə vergi rüsmunu yüksək tutur.


Azərbaycanda


Supermarketlərdə çeşid sayı 35-40 minə çatır və alıcılarda süni ehtiyaclar yaradılır ki, bu da istehlakçıda çaşqınlıq yaradır. Pulunu nəyə xərcləyəcəyini bilmir nəticədə isə xərclədiyi pula qarşılıq keyfiyyəti tapa bilmir.


Türkiyədə


Supermarketlərdə isə çeşid sayı 15-20 minə çatır, burdasa alıcı enə alacağını evdə planlaşdırır və rəfdə məhz ona lazım olanı görüb alır. Türkiyədə yerləşən SM-lərdə insanın ağlını qarışdıracaq 30-35.000 çeşid yoxdur. İnsanın qida ehtiyacını ödəyəcək ən keyfiyyətli və qiymət baxımından ən münasib olanını müştərilərinə təqdim edirlər. Rəflərdə olan məhsullar çoxluq etibarı ilə yerli məhsullar və markalar təşkil edir. Bundan əlavə olaraq hər supermarketin özünə məxsus bağlamalarda daha sərfəli qiymətə olan məhsulları mövcuddur. Keyfiyyətə isə söz ola bilməz.


Azərbaycanda


Supermarketdə işləmək çarəsizlik və ən son iş kimi baxıldığı, satıcıların işinin vitrinləri doldurub səliqəli saxlamaları olduğu bir sektor kimi baxılır.


Türkiyədə


Supermarketdə işləmək məsuliyyətli və müştəri məmnuniyəti və keyfiyyətin öndə gəldiyi bir sektor kimi baxılır.


Azərbaycanda


Supermarketlərdə və AVM-lərdə olan konpaniyalar və verilən hədiyyələr o cümlədən endirim və bonus kartlarlı tamamən müştərilərə qurulmuş bir tələdir.


Türkiyədə


Supermarketlərdə və AVM-lərdə olan konpaniyalar və verilən hədiyyələr o cümlədən endirim və bonus kartlarlı tamamən müştəriləri nəzərə alaraq onlara qazandırmaq və xidmətin yüksək səviyyədə qurulmasına bir işarədir.