The Wall Street Journal nəşri yazırdı ki, bir neçə ay bundan əvvəl (ötən ili nəzərdə tutur-red.) McDonald’s-un baş icraçı direktoru Stiv İsterbruk əməkdaşlardan biri ilə münasibətinə görə, işdən çıxarılmışdı.


Şirkətin yeni baş icraçı direktoru olan Kris Kempçinski isə bu vəzifəyə 2019-cu ilin noyabrında gətirilib. O, şirkətdə korporativ mədəniyyətdə dəyişiklik etməyə və şirkətin əməkdaşları arasında qarşılıqlı əlaqə qaydalarını sərtləşdirməyə qərara gəlib. Nəşrin yeni və keçmiş əməkdaşlarının sözlərinə görə, Amerika McDonald’s-nun yeni rəhbəri özünə kolleqaları ilə tanış olmağa icazə vermir.


Kempçinski təyinata qədər ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrədəki əməkdaşlar, françayz ilə görüşməyə vaxt tapıb. Onun belə səfəri isə onun ilə bağlı idi ki, şirkətin mədəniyyəti və dəyərləri haqqında məlumat toplasın. Korporativ mədəniyyət məsələlərinə belə münasibət yalnız Kris Kempçinskinin xarakteri ilə bağlı deyil, eyni zamanda McDonald`s-un Amerika üzrə keçmiş baş icraçı direktoru Stiv İsterbrukun işdən qovulması ilə izah edilir. O, noyabrda əməkdaşlardan biri ilə münasibətə görə, işdən çıxarılmışdı. Keçmiş baş icraçı direktor işçilərinə göndərdiyi məktubunda səhvini qəbul edirdi və əlavə edirdi ki, rəhbərlik onun işdən çıxarılması ilə bağlı doğru qərarı verib.


Nəşr yazırdı ki, Stiv İsterbruk əməkdaşları ilə barlarda flört və gecə görüşləri təşkil edirdi. McDonald`s-un yeni rəhbəri isə bildirmişdi ki, o hər bir top-menecerdən şirkətin dəyərlərinə uyğun olub-olmamasını sorğu-sual edəcək.


Xatırladaq ki, Kris bu yaxınlarda addımı ilə də yadda qalıb. O, böhran dövründə, bütün dünyada koronavirusun yayılması fonunda öz maaşını 2 dəfə azaldıb. Bu isə ona görədir ki, böhran dövründə şirkətin xərclərində azalma olsun.