Türkiyənin Səhiyyə nazirliyi sosial media hesabı üzərindən evdə parçadan maskanın hazırlanmasından bəhs edən video paylaşıb.
Facemark.az-ın məlumatına görə, videoda belə maskanın hazırlanması zamanı diqqət edilməsi vacib olan nüanslara toxunulub.
Videoda qeyd edilib ki, belə maskadan istifadə etdikdən sonra, onu yuyucu vasitə və su ilə təmizləmək lazımdır.