Rusiyanın iri telekommunikasiya şirkəti “VımpelKom”un yeni prezidenti Rusiyanın rabitə nazirinin sabiq müavini, azərbaycanlı Rəşid İsmayılov ola bilər.
Facemark.az-ın məlumatına görə, bu haqda Vedomosti nəşrinə situasiyaya tanış olan mənbələrdən biri deyib.
Mənbə nəşrə deyib ki, onlar arasında razılıq əldə edilib, amma rəsmi müqavilə isə hələ imzalanmayıb. 2015-ci ildən isə bu vəzifəni Aleksandr Krupnov tutur.
Xatırladaq ki, Rəşid İsmayılov müxtəlif vaxtlarda Ericsson, Nokia Siemens Network Russia, Huawei Technologies şirkətlərində çalışıb. 2013-cü ildə isə Rusiyanın Rabitə və Kütləvi Kommunikasiya nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə departameninin direktoru vəzifəsinə gətirilmişdi. 2014-cü ildə isə nazir müavini vəzifəsini tutmuşdu. Onun axırıncı iş yeri isə Məlumatların işlənməsi və avtomatlaşdırılması mərkəzi olub.
Aprelin əvvəlində isə “VımpelKom”a yeni baş direktor gətirilmişdi, o isə Aleksandr Torbaxov idi.
Rəşid İsmayılov haqqında hazırladığımız fmr video-ya da baxa bilərsiniz.